Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Tərtər şəhərində vətəndaşları qəbul edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Tərtər Gənclər Evində keçirilən görüşdə nazir Ağdam, Bərdə və Tərtər rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib.
Nazir şəxsən qəbul etdiyi vətəndaşların bəzilərinin müraciətlərinin həlli ilə bağlı yerindəcə göstərişlər verib. Digər məsələlər isə baxılması üçün nəzarətə götürüb. Qəbula gələn vətəndaşların bir qismi nazirliyin müvafiq idarə və şöbələrinin rəhbər işçiləri tərəfindən qəbul edilib, müraciətlərinə baxılıb.
OXŞAR XƏBƏRLƏR
16:32
527
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1501
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1490
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3032
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2020
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2026