Salyanlı idmançının adı "Dünya rekordlar kitabı"na düşdü
Pəhləvan-güləş idman növü üzrə 3 dəfə Avropa və 3 dəfə Dünya Kubokunun sahibi salyanlı Vüsal Cavadlı daha bir ilkə imza atıb. APA TV-nin məlumatına görə, o, Qafqaz Dünya Rekordlar Federasiyasının prezidenti Etibar Budaqlının iştirakı ilə "Dünya rekordlar kitabı"na düşmək üçün Salyan Olimpiya İdman Kompleksində xüsusi nömrə göstərib. Ayaqları bağlı başı aşağı sallanan Vüsal Cavadlı əllərində hər birinin çəkisi 24 kiloqram, dişində isə 32 kiloqram olan çəki daşlarını 16 saniyə saxlayıb. Bununla da Vüsal Cavadlının adı ilk dəfə olaraq Dünya Rekordlar Kitabına düşüb. İdmançı gələcəkdə adını "Ginnesin rekordlar kitabı"na yazdırmaq niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
16:32
527
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1501
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1490
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3033
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2020
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2026