Qubada xəzinə tapıldı
Quba rayonunun Xaltan kəndində xəzinə aşkar edilib. APA TV-nin şimal bürosunun məlumatına görə, Xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar. Xəzinənin içində xeyli sayda gümüş pul, köhnə cildli Quran kitabı, xəncər, köhnə tapança və bəzək əşyaları olub.
Xəzinəni tapan uşaqlar bu barədə valideynlərinə, onlar isə kənd icra nümayəndəsi Akif Sultanova məlumat veriblər. Tapılan əşyalar sakinlərin iştirakı ilə aktlaşdırılaraq polisə təhvil verilib.
Xəzinə Quba rayon Polis şöbəsinin Qonaqkənd bölməsinə aparılıb. Buradan isə ekspertiza üçün Bakıya göndərilib.
OXŞAR XƏBƏRLƏR
16:32
576
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1549
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1536
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3033
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2021
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2028