Jurnalist Mahal İsmayıloğlu vəfat etdi
Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.
Bu barədə APA-ya Mahal İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Dializ qəbulunun başa çatmasına beş dəqiqə qalmış o komaya düşüb və keçinib. Ayan Sadıqlı əlavə edib ki, Mahal İsmayıloğlu sabah dəfn olunacaq. Dəfn yeri və vida mərasiminin keçiriləcəyi məkan dəqiqləşdirilir.
Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru işləyib.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı