Türkiyəli siyasi icmalçı: "Ankara demokratikləşmə paketini hazırlamalıdır"
PKK terror təşkilatının üst qurumu terrorçuları Türkiyə ərazisindən çıxarmaq prosesini dayandırdıqdan sonra Ankara yeni razılaşma paketi hazırlamaq məcburiyyətində qalıb. Paketin detalları açıqlanmır, lakin atılan addımlar AKP hökumətinin PKK açılımı siyasətini sonadək davam etdirmək niyyətində olduğunu göstərir. APA TV-yə açıqlama verən Türkiyənin “YURT” qəzetinin siyasi icmalçısı Cüneyt Ülsevər hesab edir ki, Ankara əgər həqiqətən demokratiya istəyirsə, PKK-nın rəftarına baxmadan demokratikləşmə paketini hazırlamalıdır.
Cüneyt Ülsevərin sözlərinə görə, Türkiyə hökuməti öz vətəndaşlarının hüquqlarını tanımaq üçün heç bir şərt irəli sürməməlidir.
Türkiyənin iri şəhərlərində son günlər hökumət əleyhinə aksiyaların keçirilməsi məsələsinə toxunan Cüneyt Ülsevər yeni tədris ili başladıqdan sonra aksiyaların yeni dalğasının başlaya biləcəyini proqnozlaşdırır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib