Bakıda hava tutqun olacaq, gilavar əsəcək
Avqustun 29-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gündüz Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 25-30 dərəcə isti olacaq. Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın dağlıq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
16:32
577
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1550
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1536
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3033
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2021
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2028