Məhkəmə AST Telmanın sərvəti ilə bağlı qərar verdi
Moskva Arbitraj Məhkəməsi tanınmış iş adamı, milyarder Telman İsmayılovun sahibi olduğu bir neçə şirkətin aktivinə həbs qoyulması ilə bağlı iddianı qəbul etməyib. APA TV-nin "RBK"ya istinadən verdiyi məlumata görə, həmin şirkətlər "AST" qrupuna daxildir. Xatırladaq ki, söhbət Bank Moskvanın Telman İsmayılova qarşı qaldırdığı 213 milyon dollarlıq iddiadan gedir. İddia iyulun sonlarında qaldırılıb. Məhkəmə daxil olan ərizəni avqustun sonuna qədər nəzərdən keçirib. Bundan əvvəl Bank Moskva və İsmayılovlar ailəsi məsələni öz aralarında həll etmək üçün razılığa gəliblər. Daha sonra isə bu razılaşma pozulub və bank məhkəməyə müraciət edib.
OXŞAR XƏBƏRLƏR
16:32
593
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1565
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1552
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3033
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2021
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2028