Bakıda "London taksisi" qəzaya uğradı
Ötən gecə Bakıda "London taksisi" qəzaya uğrayıb. "Bakı taksi” MMC-yə məxsus olan və Hüseynov Elçin Adil oğlunun idarə etdiyi avtomobilin ön təkəri Babək prospektində partlayıb. Nəticədə sürücü idarəetməni itirib və maşın yol kənarındakı beton maneəyə çırpılıb. Həmin vaxt taksidə müştəri olmayıb. Hadisə körpünün üstündə baş verib və xoşbəxtlikdən maşın körpüdən aşmayıb.
Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları, eləcə də, avtomobilin məxsus olduğu "Bakı taksi” MMC-nin nəzarətçiləri gəlmişdilər. Sürücü Elçin Hüseynov yol polisi əməkdaşlarına izahatında bildirdi ki, maşının ön sağ təkəri nasaz olub və hərəkətdə olarkən partlayıb.
"Bakı taksi” MMC-nin əməkdaşları isə bunu təkzib etdilər. Onlar APA TV-yə açıqlamalarında bildirdilər ki, müəssisənin avtomobilləri hər həftə texniki baxışdan keçirilir, 50 min kilometr məsafə qət etdikdən sonra isə təkərlər dəyişdirilir.
Hadisənin dəqiq səbəbləri yol polisinin araşdırmalarından sonra məlum olacaq. Şirkət isə qəza nəticəsində ona dəyən ziyanı müəyyənləşdirəcək.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"