Ağdamda qanvermə aksiyası keçirilib
Ağdam Rayon Mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə yüzlərlə rayon sakini iştirak edib. Mərkəzi Rayon Xəstəxanasından APA TV-nin Qarabağ bürosuna verilən xəbərə görə, könüllülük prinsipi əsasında keçirilən aksiya çərçivəsində rayonun bütün idarə və təşkilatlarının əməkdaşları, eləcə də sıravi sakinlər qan verməyə gəliblər. Qan nümunələri Respublika Qan Bankının əməkdaşları tərəfindən götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatların respublikada qeydiyyatda olan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsi üçün nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
16:32
603
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1576
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1563
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3036
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2023
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2030