Təyyarəni ildırım vurdu - VİDEO
Atlanta hava limanında Delta aviaşirkətinə məxsus olan “Boeing 737” təyyarəsini ildırım vurub. APA TV-nin məlumatına görə, digər təyyarənin sərnişini öz reysini gözlədiyi an baş verən hadisəni kameranın yaddaşına köçürüb.
Hadisə Amerika Birləşmiş Ştatlarında təyyarənin uçuş zolağında hərəkəti zamanı baş verib. Təyyarə statistik elektrik sahələrini bloklayan xüsusi örtüklə örtülüb. Bunun sayəsində xəsarət alan olmayıb.
Bundan əvvəl də Los Ancelesdə analoji hal baş verib. Alyaska hava yollarının təyyarəsinə ildırım düşüb. Təyyarədə 159 sərnişin və 6 heyət üzvü olub. Təyyarəyə ildırım düşdükdən sonra pilot təhlükəsizliyi qorumaq üçün geri qayıdıb. Xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
16:32
611
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1582
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1569
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3037
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2023
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2030