Maşın arakəsməyə çırpıldı, bir ailənin 3 üzvü ağır yaralandı
Paytaxtın Nəsimi rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb. Sürücü Elçin Abdullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olan zaman qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yolun hərəkət zolağından çıxaraq kənardakı daş arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan bir ailənin üç üzvü Abdullayeva Nigar, onun övladı 3 yaşlı Abdullayev İlkin və sürücü Abdullayev Elçin ağır bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım heyəti gəlib, yaralılar 1 saylı şəhər kliniki xəstəxanaya çatdırılıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları gələrək hadisə ilə bağlı ilkin araşdırma aparıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralıların vəziyyəti ağır olaraq qalır. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb və evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı