Hüseyn Bağırov şikayətləri dinlədi
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların şikayət və təkliflərini dinləyib. APA TV-nin xəbərinə görə, qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilib. Görüşdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeliyindəki qurumların rəhbərləri iştirak edib. Görüşlərdə ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib