İŞİD 1600 illik tarixi abidəni məhv etdi
İŞİD terror qruplaşması ələ keçirdiyi ərazilərdə tarixi abidələri məhv etməkdə davam edir.
APA TV-nin məlumatına görə, terror qruplaşması bu dəfə Suriyanın Karyatayn şəhərindəki tarixi monastırı buldozerlə məhv edib.
İŞİD 1600 il tarixi olan monastırı dağıtmasını insanların Allahdan başqa Əziz Eliana da sitayiş edilməsi ilə əsaslandırıb. Adı monastıra verilən Əziz Elian eramızın üçüncü əsrində ölüb. Kilsə tərəfindən Əziz mərtəbəsinə yüksəldilib. Dördüncü əsrdə tikilən monastır bir neçə dəfə bərpa edilib. Monastır Suriya Katolik Kilsəsinin tanınmış müqəddəs məkanlarından biri idi.
Monastırın rahibi Jask Murad may ayında kimliyi məlum olmayan adamlar tərəfindən qaçırılmışdı. Onun da İŞİD silahlıları tərəfindən qaçırıldığı ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
16:32
632
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1603
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1590
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3039
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2028
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2034