Dilənçinin üstündən 5500 dollar çıxdı - VİDEO
Türkiyədə dilənçiliklə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində reydlər keçirilir. APA TV-nin məlumatına görə, Elazığda keçirilən reyd zamanı 70 yaşlı dilənçi saxlanıb. Bələdiyyə binasına gətirilən dilənçinin üzərinə baxış keçirilib və ondan çoxlu pul götürülüb. Pulları sayan bələdiyyə işçiləri dilənçidən götürülən məbləğin 16600 lirə, yəni təxminən 5500 dollar olduğunu açıqlayıblar. Dilənməklə məşğul olan kişinin bu məbləği hansı müddətə yığdığı bilinmir. Pulların müsadirə olunması və dilənçinin məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edilib.
OXŞAR XƏBƏRLƏR
16:32
682
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1653
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1640
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3041
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2028
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2034