Bursada HDP-nin qərargahına türk bayrağı asdılar
Siirtdə 8 türk əsgərinin şəhid olmasının ardınca Türkiyənin müxtəlif bölgələrində terror aktlarına etiraz nümayişləri başlayıb. APA TV-nin məlumatına görə, Bursada bir qrup gənc HDP yerli təşkilatının binasına türk bayrağı asaraq PKK terrorunu dəstəkləyənlərə etirazlarını bildiriblər. Hadisə Siirtdə şəhid olan hərbçi Bahadır Aydının dəfn mərasimindən sonra baş verib. Dəfndən sonra HDP Osmanqazi təşkilatının qarşısına toplaşan insanlar “Parlamentdə PKK istəmirik”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndiriblər. Daha sonra İstiqlal Marş oxunub və bir qrup gənc təşkilatın binasının damına çıxaraq böyük Türk bayrağı asıb.
OXŞAR XƏBƏRLƏR
16:32
682
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1653
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1640
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3041
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2028
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2034