Tovuzda 18 yaşlı oğlanı ilan sancıb
Tovuzda 18 yaşlı oğlanı ilan sancıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mülkülü kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Yusif Qasımov özlərinə məxsus əkin sahəsində işləyərkən ilan onun sağ əlindən sancıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, son 3 ay ərzində Tovuzda 15-ə yaxın sakini ilan sancıb.
OXŞAR XƏBƏRLƏR
16:32
682
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1653
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1640
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3041
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2028
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2034