Azərbaycanda 1200 Avropa şirkəti qeydiyatdadır
Bu gün Azərbaycanda 1 200-dən çox Avropa şirkəti qeydiyatdadır. APA TV xəbər verir ki, I Avropa-Azərbaycan İnvestisiya Konfransında çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirdi ki, xarici şirkətlərin Azərbaycana marağı ölkəmizdə son illər müşahidə olunan ciddi inkişafla bağlıdır.
"Almaniya-Azərbaycan Ticarət Palatası iki ölkə arasında yaxşı bazadır" deyən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel isə bildirdi ki, Almaniya şirkətləri Azərbaycanda müxtəlif potensial biznes imkanlarını öyrənmək istəyir.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Toralf Pilz isə çıxışında vurğuladı ki, daxili sərmayənin qoyuluşu yerli sahibkarlığın inkişafında önəmli mərhələdir. Bu baxımdan Azərbaycanda sahibkarlıq nəzərə çarpacaq dərəcədə inkişaf edir.
Qeyd edək ki, 12 ölkədən 190-dan çox iş adamının iştirak etdiyi konfrans Azərbaycanda təşkil olunan ilk bu formatlı tədbirdir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib