Rusiyada çalışan azərbaycanlı bacısının toyu günü öldü - BƏDBƏXT HADİSƏ
Cəlilabad rayon sakini Rusiyada bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA TV-nin cənub bürosuna mərhumun qohumları məlumat verib. Rayonun İnili kənd sakini, 1976-cı il təvəllüdlü Adış Alış oğlu Mahmudov bir müddət öncə qazanc məqsədilə Rusiya Federasiyasına gedib. Orada fərdi evlərin birinin tikintisində çalışan Adışın əlindəki dəmir parçası ehtiyatsızlıq səbəbindən yüksək gərginlikli elektrik xəttinə toxunub və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə baş verən gün Adış Mahmudovun bacısının kənddə toyu olub. Ailə isə onun faciəvi ölümündən yalnız bir neçə gün sonra xəbər tutub. Qeyd edək ki, Adış Mahmudovun meyiti Azərbaycana gətirilib və doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
17:47
599
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
838
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
891
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1364
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2108
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2025