İŞİD dünyaca məşhur arxeoloqun başını kəsdi
İŞİD bir müddətdir ələ keçirdiyi antik Palmira şəhərinin 82 yaşlı qarovulçusunun başını kəsib. APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə qətlə yetirilən qocanın qohumları bildiriblər. Ömrünün 50 ilini Palmirada arxeoloq kimi çalışmış Xalid Əsəd şəhərin mərkəzində edam edilib. Terrorçular bu müddət ərzində onu sorğu-sual edib, ağır işgəncələr veriblər.
Xalid Əsədin uzun illər Palmirada avropalı alimlərlə birgə işlədiyi deyilir. O, bu şəhər haqqında bəzi elmi işlərin müəllifidir.
Bu ilin may ayında şəhər İŞİD-in əlinə keçməzdən əvvəl Suriya hökuməti buradan bəzi dəyərli tarixi nümunələri təhlükəsiz yerə köçürdüklərini bəyan etmişdi.
OXŞAR XƏBƏRLƏR
17:47
600
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
839
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
891
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1364
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2108
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2025