Bakıda dəhşətli intihar: İki gəncin meyiti “Lexus”da aşkarlandı
Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli hadisə baş verib. APA Tv-nin "Lent.az"a istinadən verdiyi məlumata görə, saat 01:30 radələrində Oqtay Şamilzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarşısında dayanmış və mühərriki işlək vəziyyətdə olan "Lexus" markalı avtomobilin yanından 1993-cü il təvəllüdlü Yusifli Yusif Tofiq oğlunun meyiti tapılıb. Həmin avtomobilin arxa oturacağından isə 19 yaşı olan Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb. Gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
İlkin araşdırmalar nəticəsində gənc qızla oğlanın intihar etdikləri üzə çıxıb.
O da məlum olub ki, "Lexus" markalı avtomobil Yusif Yusifliyə məxsus olub və o, yaxınlıqda yerləşən binanın 11-ci mərtəbəsində yaşayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı