Kürdəmirdə otla dolu “Kamaz” yandı
Kürdəmirdə yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 209-cu kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Fikrət Əliheydərova məxsus otla dolu “KamAZ” markalı yük maşınında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Qısa müddətdə yanğının qarşısı alınıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
781
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1750
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1736
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3047
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2034
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2041