PKK-dan ABŞ-a çağırış: “Türkiyəni dəstəkləməkdən əl çəkin”
PKK ABŞ-ı atəşkəs elan etməsi üçün terror təşkilatı ilə Türkiyə hökuməti ilə vasitəçilik etməyə çağırıb. APA TV-nin məlumatına görə, bu barədə “The Daily Telefraph” qəzeti PKK liderlərindən Cəmil Bayıka istinadən xəbər yayıb. Bayık bildirib ki, ABŞ PKK ilə Türkiyə hökuməti arasında vasitəçilik missiyasını genişləndirməlidir: “Bizə qarantiya verilərsə, üzərimizə düşən işi görməyə hazırıq. Qarantiya olmasa, birtərəfli qaydada addım atmayacağıq”Ərdoğan Türkiyədə böhranı dərinləşdirir, amma paralel olaraq Yaxın Şərqdə də böhranı genişləndirir”.
Cəmil Bayık ABŞ-a hədə dolu mesajlar da göndərib: “Vaşinqton Türkiyəyə dəstək siyasətinə davam edərsə, müttəfiqlərindən birini – kürdləri əbədi olaraq itirəcək. Kürdlər olmadan İŞİD-ə qarşı mübarizə ABŞ üçün çətin olacaq”.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı