Avtobus aşdı, 10 nəfər yaralandı
Ucar rayonunda çoxsaylı insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı-Göyçay marşrutu ilə hərəkət edən “Hyundai” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
10-a yaxın yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılar mikroavtobusun sürücüsü, Tərtər rayon sakini, 21 yaşlı Cavid Səlimzadə, sərnişinlər, Göyçay rayon sakinləri - 25 yaşlı Elnur İsgəndərov, onun qardaşı 27 yaşlı Əli Rafiq oğlu, 18 yaşlı Faxrəd Fərhadlı, 33 yaşlı Rafiq Əhmədov, 57 yaşlı Sahib Yusifov, 51 yaşlı İntiqam Hümmətov, 22 yaşlı Tufan İsmayılov, 36 yaşlı Natiq Lütvəliyev 22 yaşlı İsrafil Çərkəzli, 54 yaşlı Xatirə Məmmədova və 46 yaşlı Xuraman Məcidovadır.
Xəstəxananın şöbə müdiri Gündüz Qasımlı APA TV-yə deyib ki, yaralılardan İntiqam Hümmətov, Xatirə Məmmədova və Xuraman Məcidovanın vəziyyəti ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"