Türkiyədə əməliyyatlar: 12 İŞİD terrorçusu tutuldu, 20 PKK-lı təslim oldu
Türkiyənin hüquq mühafizə orqanları ölkə ərazisində 12 İŞİD üzvünü həbs ediblər. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, antiterror əməliyyatları paytaxt Ankara, İstanbul və Hatay şəhərlərində keçirilib.
Saxlanılan şəxslər arasında Çin, İndoneziya, Ukrayna və Rusiya vətəndaşları da var.
Xatırladaq ki, bir neçə gün öncə Suriya ərazisinə İŞİD-ə qoşulmaq niyyətilə keçmək istəyən daha 23 nəfər saxlanılmışdı.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən digər bir açıqlamaya görə, ölkənin İğdır, Hakkari, Siirt, Bingöl, Diyarbəkir, Mardin, Bitlis və Şırnakda həyata keçirilən əməliyyatlarda bir PKK terrorçusunun öldürülüb, 20 terrorçu isə təslim olub.
OXŞAR XƏBƏRLƏR
19:33
128
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
121
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
134
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1214
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1475
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1496