Göygöldə "KamAZ" gənc qadını vurdu
Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Göygöl rayon sakini Binəli Tapışanov idarə etdiyi “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 1994-cü il təvəllüdlü Aytac Abdullayevi vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
162
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
428
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
495
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1332
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2076
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1991