Şırnakın “müstəqilliyini” elan edənlər həbs olundu - VİDEO
Şırnak vilayətinin “müstəqilliyini” elan edən PKK-ya bağlı Demokratik Bölgələr Partiyasının bölgə rəhbərliyi həbs olunub. APA TV-nin məlumatına görə, DBP Şırnak təşkilatının sədri Salih Güvencin “artıq dövlət qurumları legitimliyini itirib, Şırnakın müstəqilliyini elan edirik” açıqlamasından bir neçə saat sonra polis partiya rəhbərlərinin evində axtarışa başlayıb. Bələdiyyə sədri Serhat Kadırhan, müavinləri Eylem Onuk və Murat Kabul, DBP yerli təşkilatının sədri Salih Güvencin də evi daxil olmaqla 10 evdə axtarış aparan polis 3 nəfəri həbs edib. Həbs olunanlar “müstəqillik” elan edən DBP-nin yerli təşkilatının rəhbər şəxsləridir. Bələdiyyə sədri və “müstəqillik bəyannaməsini” oxuyan Salih Güvenc evdə olmadıqları üçün onları həbs etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb