Türkiyədə şok! Şırnak “müstəqillik” elan etdi”
PKK-ya yaxınlığı ilə tanınan Demokratik Bölgələr Partiyası Şırnak vilayətinin “müstəqilliyi”ni elan edib. Sabiq HDP millət vəkili Əminə Aynanın sədrlik etdiyi partiya bəyan edib ki, artıq Şırnakda valilik, məhkəmə, prokurorluq, polis kimi qurumların legitimliyini tanımır və bu səbəbdən öz paralel strukturlarını yaradır. PKK-nın siyasi qanadı həmçinin xalqın özünümüdafiəyə başlayacağını bəyan edib və üsyana hazırlıq əmri verib. Şırnak bələdiyyə başqanı Sərhat Kadırhan DBP-nin “müstəqillik” qərarını dəstəkləyən bəyanat yayıb. Partiyanın Şırnak təşkilatının rəhbəri Salih Güvenc bildirib ki, dövlətin heç bir strukturunu tanımırlar və dövlət tərəfindən təyin olunmuş heç bir məmurun göstərişi onlar üçün qanuni qüvvəyə malik deyil.
OXŞAR XƏBƏRLƏR
17:47
199
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
447
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
512
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1336
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2081
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1994