Xalq artisti Muxtar Maniyevin ayağını kəsdilər
Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.
Muxtar Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub:
“Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı”.
Həyat yoldaşı bildirib ki, Muxtar Maniyev hazırda reanimasiyadadır:
“Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.
Qeyd edək ki, Muxtar Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb