Yüksək sürət faciəyə səbəb oldu: sürücünün 7 yaşlı qızı öldü
Zaqatalada avtomobil ağaca çırpılıb, sürücünün 7 yaşlı qızı ölüb. APA TV-nin məlumatına görə, hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Rayonun Mamrıx kənd sakini, 1985-ci il təvəllüdlü Qəhrəman Şirin oğlu Canayev idarə etdiyi "Jiquli" markalı, Rusiya dövlət nömrə nişanlı avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücünün 7 yaşlı qızı Dünya Canayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti almış Qəhrəman Canayev və avtomobildə olan sərnişinlər, onun yaxın qohumları - 1988-ci il təvəllüdlü Şərqiyə Zakir qızı Balayeva və 1956-cı il təvəllüdlü Nazxanım Məhəmməd qızı Aydəmirova da xəstəxanaya aparılıblar.
APA TV-yə verilən məlumata görə, Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qəzadan sonra avtomobildə yanma baş verib. Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb