İzmirdə 16 PKK terrorçusu həbs edildi
Türkiyənin İzmir şəhərində ölkədə fəaliyyətinə qadağa qoyulmuş PKK-nın 16 gənc üzvü həbs olunub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyatda 500 polisin və xüsusi təyinatlının iştirak etdiyi bildirilir.
Əməliyyat bölgənin bir neçə ərazisində keçirilib. Antiterror tədbirinə havadan helikopterlər dəstək olublar. Saxlanılanlardan xeyli silah-sursat və PKK-ya aid gizli sənədlər götürülüb. Araşdırmalara başlanıb. Xatırladaq ki, Türkiyədə antiterror əməliyyatları 39 vilayətdə baş tutub. Həbs edilən minə yaxın şəxsin arasında PKK ilə yanaşı İŞİD üzvləri də var. Onlar ölkədə qarışıqlıq salmaqda və terror aktları həyata keçirməkdə təqsirləndirilirlər.
OXŞAR XƏBƏRLƏR
17:47
198
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
446
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
511
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1335
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2080
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1993