Bəşər Əsəd polkovniki güllələyən qardaşı oğlunu həbs etdi
Suriyanın Latakiya şəhərində ölkə prezidenti Bəşər Əsədin qardaşı oğlu Süleyman Hilal Əsəd qətl törətməkdə ittiham olunaraq həbs edilib.
APA TV-nin "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, insident avqustun 7-də şəhərin mərkəzində, hərəkətin gur vaxtında baş verib. Həsən əş-Şeyx adlı zabit Bəşər Əsədin qardaşı oğlunun idarə etdiyi avtomaşının irəli getməsinə icazə verməyib. Buna cavab olaraq, Süleyman Hilal Əsəd polkovniki qohumlarının gözü qabağında güllələyərək qətlə yetirib.
Avqustun 8-də qatilin cəzalandırılmasını tələb edən Latakiya əhalisi kütləvi etiraz aksiyaları keçirib.
Məlumata görə, insidentin istintaqının aparılması üçün xüsusi fövqəladə komissiya yaradılıb. Prezident Bəşər Əsəd şəxsən qətlə yetirilən zabitin yoldaşına qatilin cəzalandırılacağını vəd edib.
Qeyd edək ki, Süleyman Hilal Əsəd briqada generalı Hilal Əsədin oğludur. Hilal Əsəd Latakiya müdafiə qüvvələrinə komandanlıq edib. O, 2014-cü ilin martında terrorçuların ermənilərin kompakt yaşadığı Kəsab şəhərinə hücumunu dəf edərkən həlak olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb