PKK Türkiyədə 5 hərbçini şəhid etdi
Türkiyənin Şırnaq vilayətində PKK terrorçuları hərbçilərə aid helikopteri atəşə tutublar. APA TV-nin türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin İraq və Suriya ilə sərhədində qeydə alınıb. Atışma nəticəsində bir hərbçi şəhid olub.
Helikopter iznli əsgərləri daşıyıb. Onlar pulemyot və minaatanlardan atəşə tutulublar. Helikopter məcburi eniş edib. Türkiyə Jandarm Qüvvələrinin mayoru ağır yaralanıb və xəstəxanaya aparılarkən keçinib.
Bölgədə baş verən digər terror aktında isə 4 xüsusi təyinatlı polis şəhid olub. PKK silahlıları təhlükəsizlik qüvvələrinə məxsus nəqliyyat vasitəsinin keçəcəyi yola mina döşəyiblər. Bir polisin də ağır yaralandığı bildirilir. Şırnaqda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışmaların davam etdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb