Balakən sakinindən 2,3 kiloqram narkotik götürüldü
Qaxda narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Balakən rayon sakini tutulub. APA TV-nin məlumatına görə, Qax rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Qax şəhəri Heydər Əliyev prospektində 22 yaşlı Balakən rayon, Talalar kənd sakini Azad Albuşov şübhəli şəxs qismində saxlanılıb. Qax RPŞ-nin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Azad Albuşovdan 2 kiloqram 375 qram narkotik vasitə hesab olunan qurudulmamış marixuana götürülüb. Məlum olub ki, Azad Albuşov Qax rayonunda çöllük sahədə bitmiş narkotik vasitə hesab olunan qurudulmamış marixuananı yığaraq özü ilə rayon mərkəzinə gətirib. Şəhərdə gəzərkən isə polis onu saxlayıb. Azad Albuşov barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay həbs qərarı çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb