Yevlaxda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib
Avqustun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax rayonunun yerləşən “N” saylı təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbir hərbi hissə komandirinin gənc əsgərləri salamlaması ilə başlayıb.
Daha sonra DSX-nin Şəxsi heyət üzrə Baş İdarəsinin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edib.
Mərasimdə gənc əsgərlərin valideynləri də söz alaraq övladlarına Vətəni göz bəbəyi kimi qorumağı, intizamlı və məsuliyyətli olmağı, komandirlərin əmrlərini canla-başla yerinə yetirmələrini tövsiyə ediblər.
DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.
Tədbir gənc sərhədçilərin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb