Cəlilabadda "Mercedes" traktora, sonra başqa maşına çırpıldı: ölən var
Cəlilabadda zəncirvarı yol qəzası baş verib, ölən və yaralananlar var. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonunun Gülməmmədli kənd sakini Ağasəm Səfərovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən hərəkətdə olan traktora, daha sonra rayon sakini Elçin Muradovun idarə etdiyi "VAZ-2109" markalı minik avtomobilinə çırpılıb.
Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış minik avtomobillərinin sürücüləri, eləcə də "VAZ-2109"-un sərnişini Razi Xəlilov ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq sürücü Elçin Muradovun həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının da vəziyyəti hələlik ağır olaraq qalır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb