Bakı sakinin meyiti dəniz sahilindən tapıldı
Lənkəranın rayonun Vel kəndi ərazisində dənizin sahilində naməlum kişi meyiti tapılıb.
APA TV-nin Cənub bürosunun məlumatına görə, meyit səhər saatlarında yerli sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə dərhal yerli hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Araşdırmalardan sonra meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü, 10 ilə yaxın müddətdə həmin kənddə yaşayan Asəf Zaman oğlu Göyüşov olduğu müəyyənləşdirilib.
Meyit daxili və xarici müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
283
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
525
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
590
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1339
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2084
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1998