İsrailin müdafiə naziri: "İranı bombalaya bilərik"
"Öhdəliklər yerinə yetirilməsə, İrana aviazərbələr endirə bilərik". APA TV-nin məlumatına görə, bunu İsralin müdafiə naziri Moşe Yaalon Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində deyib.
İranın nüvə proqramından özlərini qoruyacaqlarını bildirən Moşe Yaalon İranın nüvə ambisiyalarının qarşısının alınmasının vacibliyini vurğulayıb: “Biz bunun sanksiyalar vasitəsilə həyata keçirilməsini istəyirik. Lakin nəticə etibari ilə İsrail özünü müdafiə etməlidir”. SİTATIN SONU.
İsrail müdafiə naziri İranın “altılıq” ölkələri ilə əldə etdiyi nüvə razılaşmasının “tarixi səhv” olduğunu qeyd edib. Onun sözlərinə görə, İran öhdəliklərini icra etməsə, İsrail aviazərbələr endirə bilər.
Xatırladaq ki, 2007-ci ildən indiyədək İranda nüvə enerjisi sahəsində çalışan 5 mütəxəssis öldürülüb. İran sui-qəsdlərin arxasında İsrailin dayandığını iddia edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb