PKK türk polisinə raket zərbələri endirdi, evləri yandırdı: ölənlər var
Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında atışma başlayıb.
APA-nın xəbərinə görə, indiyədək 2 nəfərin öldüyü, onlarla şəxsin xəsarət aldığı bildirilir. Bu gün səhər saatlarında təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçuların rayon mərkəzində qazdıqları xəndəkləri doldurmaq istəyiblər. Bu zaman terrorçular onlara raket zərbəsi endiriblər, iriçaplı silahlardan atəş açıblar. Polis əməkdaşlarının hücuma qarşılıq verməsi ilə ərazidə atışma başlayıb.
Hazırda atışma davam edir. Hadisə yerinə Jandarm Qüvvələri cəlb olunub. Atışmanın olduğu ərazidə bəzi evlərdə yanğın qeydə alınıb. Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər təhlükəsizlik qüvvələrinə havadan dəstək verir.
PKK terrorçuları Siirt vilayətində isə Hava Limanına məxsus hava nəqliyyatının hərəkətini idarə edən stansiyaya hücum ediblər. Terrorçular orada mühafizə xidmətinin 18 əməkdaşının əl-qolunu bağlayıb, telefonlarını əllərindən aldıqdan sonra stansiyaya od vurublar. Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerinə gələnədək terrorçular qaçmağa nail olublar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb