Obama: "Türkiyənin hədəfi PKK yox, İŞİD olmalıdır"
ABŞ prezidenti Barak Obamanın avqustun 5-də Ağ Evdə ölkənin 10 mətbuat orqanının təmsilçiləri ilə keçirdiyi görüşdə hansı məsələlərdən danışıldığı ortaya çıxıb.
APA TV-nın xəbərinə görə, “Huffington Post” nəşri görüşdə müzakirə olunan mövzulardan biri də Türkiyənin PKK və İŞİD terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar olub. Jurnalistlərin əməliyyatların narahatlıq yaradıb-yaratmadığı barədə Obamaya suallar veriblər. Prezident bildirib ki, Türkiyə ilə İŞİD-in bölgədə sülh və asayişə yaratdığı təhlükə və bunların həlli barədə danışıqlar aparılır. "Türkiyənin PKK hücumlarından özünü müdafiə etmək hüququ var. Ancaq hazırda həlli vacib olan İŞİD məsələsidir. Əcnəbilərin Türkiyə sərhədlərindən keçərək, İŞİD-ə qoşulmasının qarşısının alınması ən önəmli məsələdir. Türkiyənin həyata keçirdiyi əməliyyatların əsas hədəfi PKK yox, İŞİD olmalıdır. Bütün cəhdlər buna yönəlməlidir”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb