Xaçmazda yanğın: 82 hektar biçilmiş sahə yanıb
Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tel kəndi ərazisində qeydə alınıb. Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi ilə bərabər Quba, Qusar, Şabran və Siyəzən rayonlarından da yanğınsöndürənlər cəlb olunub. Yanğın ümumilikdə 82 hektar ərazini əhatə edib. 80 hektar ərazidə biçilmiş taxıl sahəsi və 2 hektar quru kol-kos yanıb. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Səhər saatlarında başlayan yanğın axşam saatlarında söndürülüb. Yanğının başvermə səbəbləri məlum deyil. Fakta bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:47
302
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
540
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
604
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1340
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2085
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1999