"Qəbələ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi
Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. APA-nın məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib. Bakıda keçirilən qarşılaşma “Bakcell Aena”da baş tutub. Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” ev oyununa üstünlüklə çıxıb. Sfərdə qol vuran “Qəbələ”ni 0:0 hesablı heç-heçə də qane edirdi.
Oyuna aktiv başlayan təmsilçimiz çoxsaylı cəhdlərinə baxmayaraq ilk hissədə hesabı aça bilməyib. İkinci hissədə də təzyiqi davam etdirən Roman Qriqorçukun yetirmələri nəhayət sona 10 dəqiqə qalmış istəyinə çata bilib. İlk oyunun qəhrəmanı Cavid Hüseynov bu dəfə də penaltidən fərqlənib.
İkinci hissə bir neçə epizodda gərginliklə də yadda qalıb. Oyunun sonlarına yaxın "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Ancaq bütün bunlara baxmayaraq təmsilçimiz üstünlüyünü sona qədər qoruya bilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb