Zaqatalada çaqqal sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb - VİDEO
Zaqatalada çaqqal küçədə sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, şəhər yaxınlığındakı meşə zolağından çıxan çaqqal bir neçə küçədə işə gedən insanlara hücum edib. Çaqqalın hücumu nəticəsində ümumilikdə 6 nəfər yaralanıb. 39 yaşlı Fazilə Əliyeva, onun 3 yaşlı oğlu Emin Əliyev, 26 yaşlı Elnur Diqnayev və 39 yaşlı Nəriman Şamxalov, 35 yaşlı Əfqan Muradov və 58 yaşlı Yusif Müslümov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının şəhər poliklinikasına müraciət ediblər.
Poliklinika müdiri Məmmədrəsul Teyyubov APA TV-yə bildirib ki, həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub və əlavə tibbi yardım göstərildikdən onlar evə buraxılıblar.
Qeyd edək ki, vətəndaşlara hücum edən çaqqal Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən dəmirçi sexinin işçiləri tərəfindən öldürülüb. Heyvanın cəsədi quduzluğun olub olmamasını müəyyən etmək üçün müvafiq qurumlar tərəfindən götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb