Su anbarında boğulan fəhləni qardaşı xilas edə bilmədi - TƏFƏRRÜAT
Tovuzda bir nəfər suda boğularaq ölüb. APA-TV-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Tovuzçay su anbarında qeydə alınıb. Rayonun Kirən kənd sakini 34 yaşlı Kamran Hüseynov anbarın kənarında müvazinətini itirərək suya yıxılıb. Zərərçəkənin qardaşı onun yanında olsa da 34 yaşlı oğlanı xilas edə bilməyib.
"Suda boğulub, harayına çatan olmayıb. Suya girib, su aparıb. Qardaşım yanında olub. Kömək edə bilməyib".
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri çağırılıb. Süni göldə axtarışlara başlanılıb. Nəticədə Kamran Huseynovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Zərərçəkənin qardaşının sözlərinə görə, Kamran rayonda fəhlə kimi çalışırmış. İsti havada göldə çimmək üçün əraziyə gəlib. O, üzməyi bacarmadığı üçün boğularaq ölüb. Mərhum ailəlidir, bir qızı var.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb