Antalyada dincələn azərbaycanlı ailənin faciəsi: 6 yaşlı qız hovuzda boğuldu
Türkiyədə 6 yaşlı azərbaycanlı qız hovuzda boğulub. APA-nın xəbərinə görə, hadisə Antalyanın Kəmər rayonunda beşulduzlu hoteldə baş verib. Valideynləri və xalası ilə birlikdə tətilə gedən 6 yaşlı Leyla Rzayeva hotelin böyüklər üçün hovuzuna girib. Həmin vaxt azyaşlının xalası yanında olub. Bir müddət sonra hoteldə dincələn digər şəxslər azyaşlının hovuzun dibində hərəkətsiz olduğunu fərq ediblər. Sudan çıxarılan Leyla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib.
Azyaşlının xalası, 34 yaşlı Ramidə Quliyeva baş vermiş hadisəyə görə, hoteli günahlandırıb. O, hoteldə heç bir təhlükəsizlik tədbirinin görülmədiyini iddia edib.
Antalyanın Serik rayonunda da hoteldə qalan rus ailənin 10 yaşlı oğlu Sergey Odajiu hovuzda boğularaq ölüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb