UEFA “Qəbələ”nin kapitanı Cavid Hüseynovla bağlı qərarı açıqladı
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” - “Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb.
Oyundakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib.
Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.
Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu bu gün Bakıda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb