Siyəzəndə qəza: ana öldü, iki övladı ağır yaralandı
Siyəzəndə bir nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində, Siyəzən rayonun Sədan kəndi ərazisində qeydə alınıb.
Siyəzən rayon sakini, 44 yaşlı Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil sərt döngədə idarəetmənin itirilməsi nəticəsində idarəetməni itirərək aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 41 yaşlı Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü Cəmşid Manafov, həlak olan qadının övladları - 21 yaşlı Əliyeva Gülər Mərdan qızı və 19 yaşlı Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb