6 kiloqram narkotiklə saxlanan Tərtər sakini: “Zibillikdən tapmışam”
Salyanda Tərtər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qaram tiryək aşkar edilib.
Hal şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi götürülüb. İlkin ifadəsi zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
379
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
615
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
676
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1343
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2093
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2007