Türkiyə açıqladı: “Tezliklə İŞİD-ə qarşı irimiqyaslı əməliyyatlar başlayacaq”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın zamanlarda İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyatların başlanacağını bəyan edib. APA TV-nin məlumatına görə, Çavuşoğlu İncirlik hava limanının ABŞ-ın texniki istifadəsinə verilməsi barədə danışıqlar getdiyini deyib. XİN başçısı bildirib ki, ABŞ təyyarələri İncirlik hava limanına endikdən sonra İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyatlara start veriləcək.
“Türkiyəyə qarşı ön böyük təhdidi İŞİD yaradır. Bu təhdid mənbəyi aradan qalxmalıdır. İŞİD-dən azad edəcəyimiz ərazilər təhlükəsiz bölgə olacaq və bu bölgədə sağlam müxalif qüvvələr yerləşdirəcəyik. Bundan sonra Türkiyə və digər ölkələrdəki suriyalı qaçqınların ölkələrinə qayıtmasına köməklik göstərəcəyik”.
Çavuşoğlu sağlam müxalif qüvvələr dedikdə ABŞ və Türkiyənin birgə təlim keçdiyi qüvvələrin nəzərdə tutulduğunu deyib. Xatırladaq ki, Türkiyə ərazisində suriyalı türkmənlərə xüsusi hərbi təlimlər keçirilir və təlim keçmiş qruplar Suriya ərazisinə göndərilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb