UEFA "Qəbələ" ilə oyundakı qalmaqala görə Tiflis "Dinamo"suna ağır cəza kəsdi
UEFA Gürcüstanın "Dinamo" (Tiflis) klubunu cəzalandırıb. APA TV-nin məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu ilə mübarizə aparan bu komandanın azarkeşlərinin ev oyunu zamanı etdiyi hərəkətlər cavabsız qalmayıb. Belə ki, "Dinamo" UEFA bayrağı altında keçirilən yarışlar çərçivəsində bir ev oyununu boş tribunalar qarşısında oynamalı olacaq. Eyni zamanda kluba 20 min avro cərimə tətbiq olunub.
Qeyd edək ki, "Dinamo" "Qəbələ"ni iyulun 2-də qəbul etmişdi. Matçdan sonra gürcü azarkeşlər azərbaycanlı fanatlara hücum etmiş, dövlət atributlarımızı təhqir etmiş, bayrağımızı yandırmışdılar. Oyun zamanı isə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən xəritə və plakatlar açılmışdı.
OXŞAR XƏBƏRLƏR
17:47
395
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
630
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
692
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1346
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2095
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2011