Gəncədə kütləvi dava: ölən və yaralananlar var
Gəncədə kütləvi dava olub. APA TV-nin məlumatına görə, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb.
Bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində bir nəfər, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib.
Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Davada bir neçə nəfərin də yüngül xəsarət alaraq xəstəxanaya müraciət etdiyi deyilir.
Davanın səbəbləri və neçə nəfərin iştirak etdiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
394
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
629
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
691
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1346
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2095
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2011